Budapeştdə keçirilən 23 yaşa qədər gənclər arasında Avropa
çempionatında Gürcüstan yığması finalda Rusiyanı 4:2 hesabı ilə
məğlub edib və komanda yarışında 23 yaşa qədər gənclər arasında
Avropa çempionatının qalibi olub.
Marneuli bələdiyyəsinin İdman Məktəbinin məlumatına görə, komanda
yarışlarında Marneulili cüdoçu Luka Kapanaze də iştirak edib.
Finala qədər Gürcüstan yığması komanda yarışlarnda yarımfinalda
Fransanı 4-2, sonra isə ev sahibi olan Macarıstan yığmasını 4-3
hesabı ilə məğlub edib.
Xatırladaq ki, qitə birinciliyində Gürcüstan yığmasının üzvləri
səkkiz medal alıb. Tato Qriqalaşvili (81 kq) və İlia Sulamanidze
(100) qızıl medal qazanıb.
Turnirdə Vladimer Axalkatsi (81), Aleko Mamiaşvili (73) və ağırlıq
qaldıran Sopio Somxişvili ikinci yeri tutub.
Qiorqi Çikovani (100), Qiorqi Tuşişvili (66) və Qela Zaalaşvili
(+100) isə bürünc medal qazanıblar.