Marneulili idmançı kiqboksinqdə birinci yeri tutub

Marneulinin 1 saylı ictimai məktəbinin şagirdi Renat Kərimov kikboksinq üzrə qızıl medal qazanıb.



Bu barədə qeyd olunan məktəbin “Facebook” səhifəsində məlumat yayımlanıb. Qalib idmançı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bölgələrararası yarış Tbilisi şəhərində keçirilib.

“Yarış 26 dekabrda baş tutdu. Gürcüstanın Bolnisi, Marneuli, Kaspi və digər bələdiyyələrindən idmançılar iştirak edirdi. Mən qızıl medal qazandım”, – Kərimov bildirdi.

Renat Kərimov iki ildən artıqdır, kikboksinqlə məşğul olur. Marneulidən qeyd olunan yarışda ümumilikdə doqquz idmançı iştirak edib. Onlardan yeddisi uğurla qayıdıb.

 


 

 

Print Email
FaceBook Twitter Google