Marneulinin 1 saylı ictimai məktəbinin şagirdi Renat Kərimov
kikboksinq üzrə qızıl medal qazanıb.
Bu barədə qeyd olunan məktəbin “Facebook” səhifəsində məlumat
yayımlanıb. Qalib idmançı “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, bölgələrararası yarış Tbilisi şəhərində keçirilib.
“Yarış 26 dekabrda baş tutdu. Gürcüstanın Bolnisi,
Marneuli, Kaspi və digər bələdiyyələrindən idmançılar iştirak
edirdi. Mən qızıl medal qazandım”, – Kərimov
bildirdi.
Renat Kərimov iki ildən artıqdır, kikboksinqlə məşğul olur.
Marneulidən qeyd olunan yarışda ümumilikdə doqquz idmançı iştirak
edib. Onlardan yeddisi uğurla qayıdıb.