Marneulinin mərkəzi stadionunun tikintisi üçün 7 il əvvəl başlanılmış işlər 2022-ci ildə başa çatacaq
Marneulinin mərkəzi stadionunun tikinti işləri bərpa olunub. Gürcüstanın bələdiyyələrin inkişafı fondundan "Marneuli" radiosuna bildirdilər ki, tikinti işləri 2021-ci ilin birinci yarısından yenilənib.

Marneulinin mərkəzi stadionunun tikinti işləri 2021-ci ilin sentyabr ayında başa çatmalı idi. Ancaq Gürcüstanın bələdiyyələrin inkişafı fondunun elan etdiyi tenderdə qalib gəlmiş şirkət, Construction Service MMC işləri həyata keçirməyib. Bələdiyyənin inkişaf fondunun müqaviləsinin dəyişdirilməsini və vaxtın uzadılmasını müzakirə edən komissiya iclasının protokoluna əsasən, layihə başlayan zaman müqavilə bağlayan şirkət dəfələrlə bələdiyyənin inkişaf fonduna müraciət edib və məktubda qeyd ediblər ki, layihədə müəyyən çatışmazlıqlar var, düzəltməyə ehtiyac duyulur.

"2021-ci ilin 2 yanvar tarixində, Gürcüstanın bələdiyyələrin inkişafı fondu N1676 məktubla Marneuli meriyasına müraciət edib və müqavilə bağlayan təşkilatın qeyd etdiyi, məktubdakı qeydlərə reksiya göstərilməsini tələb edib. Bələdiyyə özü layihənin müəllifi olan şirkətə, "Sauc"-a müraciət edib və şirkətin qeydlərini düzəltməyi tələb edib. 2021-ci ilin 15 iyun tarixində Marneuli meriyası yenidən məktubla müraciət edib və qeyd edib ki, Sauc şirkəti çatışmazlıqların düzəldilməsindən imtina edib. Marneuli bələdiyyəsi məktubda qeyd etmişdi ki, layihədəki çatışmazlıqları analiz edəcəklər. Çünki müəllif şirkət layihənin düzəldilməsində işyitak etməyi düşünür və bildiriblər ki, layihənin yeni hesabat və layihə işlərini hazırlayaq. Bələdiyyə qeyd edib ki, onların bu işləri sifariş vermək üçün heç bir resursu yoxdur. Xahiş edirlər ki, qeyd olunan stadionun layihəsi, tikinti işlərini dövlət tenderı vasitəsilə həyata keçirək", – müqavilənin dəyişdirilməsi və vaxtından əvvəl dayandırılmasını müzakirə edən komissiya iclasının protokolunda qeyd olunub.

Komissiya Bələdiyyələrin inkişafı fondu və Construction Service MMC-nin müqaviləsini dayandırıb. Bundan sonra isə yeni tenderi, yenilənmiş qiymətlə elan edib.

İlk əvvəl layihənin güman edilən dəyəri 6 911 722 idi və indi 8 144 360 lari təşkil edir. Gürcüstanın bələdiyyələrin inkişafı fondundan "Marneuli" radiosuna bildirdilər ki, Marneulinin mərkəzi stadionunun tikinti işlərinin bitməsi 2023-cü ilin dekabrına qədər planlaşdırılır.

Qeyd edək ki, stadion üçün layihə hesabat sənədlərini Marneuli bələdiyyəsi hələ 2016-cı ildən hazırlamışdı. Bunun üçün 150 000 lari xərcləmişdi. Ancaq qeyd olunan sənəd yenilənməyə ehtiyac duyurdu. Çünki 2017-ci ildən Gürcüstan hökuməti tərəfindən tətbiq edilmiş "tikililərin təhlükəsizlik qaydaları" texniki reqlamenti qüvvəyə mindi. 2019-cu ildə layihə hesbat sənədlərində dəyişiklik edildi. Bunun nəticəsində isə işlər eçün birinci tenderi elan etdilər. Məhz həmin tender dəyişdirilmiş/düzəldilmiş layihə hesabat sənədlərinə görə baş tutmadı.

Print Email
FaceBook Twitter Google