Marneulidə fiziki imkanları məhdud oxçular komandası yaradılıb
Marneuli bələdiyyəsinin Dioqnisi kəndində fiziki imkanları məhdud oxçuların ilk sınaq məşqi keçirilib. Məşqdə iki nəfər yerli fiziki imkanları məhdud şəxs iştirak edirdi. Marneuli İdman Məktəbinin rəhbəri Mamuka Naverianinin “Marneuli” radiosuna bildirdiyinə görə, məşqləri Tbilisidən gəlmiş məşqçilər keçəcək.

“Fiziki imkanları məhdud şəxslərin oxçuluq komandası yaratmaq sahəsində addımlar atdıq. Çünki bizim belə idmançıların bu idman növü ilə məşğul olması üçün şəraiti olmalıdır. Xüsusi məşqçi dəvət etdik, Tbilisidə fiziki imkanları məhdud olan şəxslərlə işləyir. Bu məktəbi seçdik, çünki fiziki imkanları məhdud olan şəxslər üçün tam adaptasiya olunub”, – Naveriani bildirdi.

Komanda üzvlərindən Qoça Koçalidze deyir ki, qeyd olunan idmanla məşğul olmaq onun üçün yenilikdir.

“Bu idmanla maraqlandım, gələcəkdə mütləq davam etdirəcəyəm və çalışacağam bu sahədə uğur qazanım. Fiziki imkanları məhdud şəxslər üçün yaxşı imkandır”, – Qoça deyir.

İdman məktəbinin rəhbərinin sözlərinə görə, Dioqnisi ictimai məktəbində fiziki imkanları məhdud şəxslərə həftədə iki dəfə məşqlər keçiriləcək.

Marneuli bələdiyyəsində oxçuluğun əsası 2015-ci ildə meriyanın dəstəyi və İdman Məktəbinin təşəbbüsü ilə qoyulub. Bundan sonra isə Marneulili fiziki imkanları məhdud şəxslərin komandaya qoşulmaq imkanı olacaq.

Print Email
FaceBook Twitter Google