Marneulili idmançılar Tbilisidə keçirilən turnirdən qələbə ilə qayıdıblar
20-21 mart tarixlərində Tbilisidə sərbəst güləş üzrə SSSR-i çempionu Arçil Tsiklaurinin adına ikinci xatirə turniri keçirilib. Turnirə Marneulidə fəaliyyət göstərən dörd idman məktəbinin 12 idmançısı da qatılıb. Onlardan 9-u Marneuliyə mükafatla qayıdıblar. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli İdman Məktəbinin məşqçisi Şahvələd Aşiqov məlumat verdi. Onun sözlərinə görə, Tbilisidə keçirilən turnir 2009-2010 və 2011-2012-ci il təvəllüdlü idmançılar arasında baş tutub.

“Marneulidən 4 idman məktəbinin 12 idmançısı iştirak edirdi. 12 nəfərdən 9-u mükafat qazandı. 2 idmançımız birinci, 2-i ikinci yerə layiq görüldü. 5 idmançımız isə üçüncü yerdə çıxdılar. Yarış çox yaxşı keçdi. Mən üç idmançı ilə qatılmışdım. Onlardan biri birinci, biri isə ikinci yerə çıxdı. Gürcüstanın hər bölgəsindən idmançılar iştirak edirdi. Biz bu yarışda yaxşı nəticə göstərdik”, – Şahvələd Aşiqov dedi.

Şahvələd Aşiqov onu da əlavə etdi ki, 3-5 aprel tarixində Xaşuri şəhərində 2005-2006-cı il təvəllüdlü idmançılar arasında, 29-30 apreldə isə 2007-2008-ci il təvəllüdlü idamnçıların Gürcüstan çempionatı keçiriləcək. Onlar iki yarışa da qatılmağı düşünürlər.
Yarışda iştirak edən Marneuli idmançıları:

Turnirin çempionları

➡️Orxan Bəndəliyev 32 kq (məşqçi: Şahvələd Aşıqov)
➡️Ruslan Qocayev 29 kq. (məşqçi: Vaxtanq Nariaşvili)
İkinci yer çıxan idmançılar
➡️Naibov Nurlan 44 kq (Məşqçi: Şahvələd Aşıqov)
➡️İmamquliyev Rəvan 38 kq (məşqçi: Vaxtanq Nariaşvili)
Üçüncü yer
➡️Həsənov Elmir 32 kq (məşqçi: Vaqif Fərəcov)
➡️Həsənov Mirkamil 32 kq (məşqçi: Vaqif Fərəcov)
➡️Vəliyev Fərid 29 kq (məşqçi: Vaqif Fərəcov)
➡️Hacıyev Rəşad 29 kq (məşqçi: Vaqif Fərəcov)
➡️Kərimov Ümid 48 kq (məşqçi: Vaxtanq Nariaşvili)

Print Email
FaceBook Twitter Google