Faiq Məmmədov qeyri-olimpiya idman növləri üzrə fəaliyyət göstərən “MAZBATA” təşkilatının Gürcüstan üzrə prezidenti seçilib (FOTO)
“Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov Türkiyədə qeyri-olimpiya idman növləri üzrə fəaliyyət göstərən “MAZBATA” təşkilatının Gürcüstan üzrə prezidenti seçilib. Bu barədə məlumatı “Marneuli” radiosuna Faiq Məmmədovun özü təsdiq etdi. O, deyir ki, bu işin öhdəsindən də layiqincə gələcəyinə ümid edir.

“Gürcüstanda yarışlar keçirilirdi. Həmin yarışlara Türkiyədən də idmançılar gəlmişdi. Həmin dövrdən mənim onlarla əlaqələrim var idi. Elə o vaxtlar mənə dedilər ki, bir türk olaraq, Gürcüstanlı olaraq bu təşkilatın Gürcüstan üzrə prezidentliyini sizə versək, daha yaxşı olar. Mən də razılaşdım. Çox sevinirəm ki, mən bu gün, 3 may tarixində türkçülük bayramı günündə rəsmi olaraq həmin təşkilatın prezidenti oldum”, – Faiq Məmmədov dedi.


Faiq Məmmədovun dediyinə görə, qeyri-olimpiya idman növləri üzrə fəaliyyət göstərən “MAZBATA” təşkilatı karate, kikboks, taekvondo, kunfu kimi idman növlərini özündə birləşdirir.

Onu da əlavə edək ki, bu ilin sentyabr ayının 5-dən 12-ə qədər qeyri-olimpiya idman növləri üzrə İstanbulda peşəkar yarışlar keçiriləcək. Həmin yarışlara Gürcüstandan da idmançılar qatılacaq. Yarışlar uşaqlar və böyüklər arasında keçiriləcək.

Print Email
FaceBook Twitter Google