İdman Universitetinin keçirdiyi turnirdə Rəşad Orucov 400 metr məsafəyə qaçış üzrə çempion olub (FOTO)
28 aprel tarixində Tbilisidə yerləşən Gürcüstan Dövlət Bədən Tərbiyəsi və İdman Tədris Universitetində Viktor Saneyev adına yüngül atletika üzrə açıq çempionat keçirilib. Çempionatda bir sıra universitetdən 90 tələbə və uşaqlar iştirak ediblər. Həmin yarışda İdman Unversitetinin 1-ci kurs tələbəsi, 21 yaşlı Rəşad Orucov 400 metr məsafəyə qaçış üzrə çempion olub. Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov yarışda iştirak etdiyinə və uğur qazandığına görə çox sevinir.

“Universitetlər arası yüngül atletika üzrə turnir keçirildi. Bu turniri İdman Universiteti keçirirdi. Başqa universitetlərdən də idmançılar var idi. Mən bu yarışda 400 metr məsafəyə qaçış üzrə iştirak edirdim. Mən 400 metr məsafəyə qaçışda birinci yerə layiq görülərək, medal, diplom və bir sıra mükafatlar aldım”, – Rəşad Orucov dedi.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd əfsanəvi gürcü idmançısı, üçqat olimpiya çempionu Viktor Saneyevin adının əbədiləşdirilməsi, gənclərin idmana həvəsinin artırılması və sağlam həyat tərzini təbliğ edilməsidir.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print