Gürcüstan idmançıları Qarabağda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku - 2022” reqatasına Gürcüstandan da idmançılar dəvət olunublar.

Bu barədə mətbuata açıqlamasında Gürcüstanın Milli Kanoe Federasiyasının baş katibi Marlen Quniya bildirib. Onun sözlərinə görə, bu yarışmada Gürcüstanı gənclərdən ibarət beş idmançı təmsil edəcək.

Federasiya beynəlxalq yarışda gürcü avarçəkənlərin medallar əldə edəcəklərini gözləyir.

Gürcüstan nümayəndə heyətinə Milli Kanoe Federasiyasının prezidenti Zaza Nadiradze başçılıq edəcək. Avarçəkənləri M.Quniya da müşayiət edəcək.

Qeyd edək ki, “Prezident kuboku - 2022” reqatası mayın 6-da Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək.

Mayın 7-də isə idmançılar Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaqlar. “Prezident kuboku”na ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google