Azərbaycan və Gücüstan birgə cüdo yarışları keçirəcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının (GJF) vitse-prezidenti David Kevxişvilini qəbul edib.

ACF-dən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında cüdo üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qruplarından ibarət milli komandaların birgə təlim-məşq toplanışlarının, beynəlxalq və regional yarışların təşkili barədə razılıq əldə edilib.

R.Nəbiyev ötən ay Beynəlxalq Cüdo Federasiyasının təsis etdiyi Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri, D.Kevxişvili isə direktoru təyin olunub. Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilərək, bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google