“Bakı Marafonu”na Gürcüstandan 20 iştirakçı qatılacaq
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də keçiriləcək “Bakı Marafonu - 2022”-yə Gürcüstandan 20 iştirakçı qatılacaq.

Həvəskar və peşəkar marafonçular Azərbaycanın Gürcüstandakı səfirliyinə yarışda iştirak etmək istədiklərini bildiriblər.

Heydər Əliyev Fondu və səfirliyin dəstəyi ilə 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 Gürcüstan vətəndaşı olmaqla ümumilikdə 20 nəfər 13 may tarixində Bakıya yola salınıb.

Səfirlikdən bildirilib ki, marafonçular ötən ilin oktyabrında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi-Rustavi marafonunda iştirak ediblər.

Mənbə: report.az
Print