Boksçu Sahil Allahverdov İrəvanda erməniyə qalib gəlib
Boksçu Sahil Allahverdov İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.

48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov 1/4 final görüşündə Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0. Boksçu bununla ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google