Rusiya UEFA Superkuboku matçından məhrum edilib
UEFA 2023-cü ildə UEFA Superkuboku oyununun keçiriləcəyi yeri dəyişib.

Turnirə ev sahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınıb. Yeni məkan kimi Yunanıstan Afina şəhəri seçilib. Bu barədə birliyin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Kazanın UEFA Superkubokunun 2023-cü il matçına ev sahibliyi etmək hüququnu iki il əvvəl açıqlanıb. Bu, Rusiyada keçirilən ilk Avropa Superkuboku ola bilərdi.

FİFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən ölkənin milli komandasının və klublarının qurumların bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

Xatırladaq ki, bundan əvvəl UEFA Sankt-Peterburq şəhərini 2022-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququndan məhrum edib. Əsas avrokubokların həlledici matçı Parisdə baş tutub.

Print Email
FaceBook Twitter Google