“Çelsi” Dünya Çempionatının bitməsindən bəri çalışdığı
transferi nəhayət, yekunlaşdırdı.
Qətərdə ulduzu parlayan Entso Fernandes artıq London klubunun
oyunçusudur.
“Benfika”yla uzun müddətdir davam edən danışıqlar transfer
pəncərəsinin bağlanmasına saatlar qalarkən yekunlaşdı. Dünya
çempionunun özünün də Portuqaliyadan ayrılmaq üçün israr etməsindən
sonra Lissabon klubu satışa razılaşdı.
22 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayınadək müqavilə
imzalanıb. “Çelsi” bu keçidə görə qarşı tərəfə 121 milyon avro
ödəyib. Transfer “Benfika” tərəfindən təsdiqlənib. Bu, İngiltərə
futbolunun ən bahalı transferi kimi tarixə düşüb.
Mənbə: sportfm.az