“Mançester Yunayted”in və İngiltərə millisinin futbolçusu Markus
Reşford İngiltərə çempionatında “Börnli” ilə matçdan sonra qəza
keçirib.
Məlumata görə, qəza 25 yaşlı futbolçu klubun məşq bazasından
çıxarkən baş verib. Reşford 700.000 funt sterlinq (təxminən
1,5
milyon manat) dəyərində olan “Rolls Royce” avtomobilini idarə edib.
O, yoldakı sütuna çırpılaraq onu aşırıb. Futbolçunun özü hadisədən
şoka düşsə də, qəza nəticəsində xəsarət almayıb.
Mənbə: oxu.az