“Barselona” əfsanəvi futbolçu Patrik Kluyvertin oğlu Şeyn
Kluyvertlə peşəkar müqavilə imzalayıb.
Bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.
Sentyabrın 24-də Şeynin 16 yaşı tamam olub. Bu da “Barsa”ya onunla
peşəkar müqavilə bağlamağa imkan verib. Niderlandlı vingerlə
imzalanan sözləşmənin müddəti üç ildir.
Gənc hücumçu doqquz yaşından “Barselona” akademiyasındadır. Daha
əvvəl o, Fransanın PSJ klubunun akademiyasında olub.
Şeyn Klyuvert Niderlandın U-16 millisində oynasa da, lakin
fərqlənməyi bacarmayıb.
Qeyd edək ki, Partik Kluyvert 1998-2004-cü illərdə Kataloniya
təmsilçisində oynayıb. O, sonralar klubun akademiyasında da
çalışıb.
Mənbə: oxu.az