Aşağı Güləver kəndi üçün stadion və park – "Salam" və Aşağı Güləver
(Qeta) kəndinin gəncləri arasında futbol oyunu bu şüarla baş tutub.
Futbolla yanaşı stadiona toplaşmış yerli sakinlərdən 30 imza
toplanıb, gənclər stadionun və parkın tikilməsi tələbi ilə yerli
özünüidarəyə müraciət ediblər.
"Qeyd edək ki, Aşağı Güləver gəncləri arasında futbol
oyunu kifayət qədər məşhurdur. Kəndin həvəskarlar klubu
kəndlərarası turnirlərdə həmişə xüsusi yer tutur. Eləcə də 14-18
yaşlı gənclərin futbol dərnəklərinə fəal getməsi də çox mühümdür.
Bir neçə nəfər isə artıq xaricdə sınaqlarda iştirak
edib", – Salam platforması yazır.
“Salam”da birləşmiş gənclər və Aşağı Güləver kəndinin gənclər hesab
edirlər ki, park və stadionun tikilməsi gənclərin inkişafına,
sağlam həyat tərzinin məşhurlaşdırılmasına, kənddə fərqli, gözəl
yerin yaradılmasına dəstək olacaq.
"Ümid edirik ki, Bolnisi Bələdiyyə Məclisi və meriya
gənclərin tələbini nəzərə alacaq və lazımı maddi resurslar ayıracaq
ki, 2024-cü ildə Aşağı Güləverdə gənclər özlərini inkişaf etdirə
bilsinlər, futbol oyunlarına daha da həvəslə davam
etsinlər", – Salam yazır.
Tədbir "Vətəndaş cəmiyyətinin sosial iqtisadi və siyasi həyatda
bərabər, tam iştirakı üçün gücləndirilməsi" layihəsi çərçivəsində
baş tutub. Layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə HEKS
EPER Georgia həyata keçirilir.