PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe bir
sıra şərtlərə uyğun olaraq onunla maraqlanan klublarla danışıqlara
hazırdır.
Məlumata görə, fransalı forvard illik 50 milyon avro maaş və 120
milyon avro imza bonusu almaq istəyir. Mbappenin hazırkı mərhələdə
hələ heç kimlə razılığa gəlmədiyi qeyd olunub.
Xatırladaq ki, əvvəllər Kilianın “Real Madrid”ə keçməyə yaxın
olduğu barədə məlumat
yayılıb. Bildirilib ki, fransalı idmançı
Madriddə harada yaşayacağına da artıq qərar verib.
Qeyd edək ki, bu mövsüm 24 yaşlı hücumçu PSJ-nin heyətində bütün
turnirlərdə 28 oyun keçirib, 29 qol vurub və yeddi məhsuldar ötürmə
edib. Nüfuzlu “Transfermarkt” onlayn portalı Mbappenin bazar
dəyərini 180 milyon avro olaraq qiymətləndirir.
Mənbə: oxu.az