“Formula-1” üzrə dünya çempionatında Böyük Britaniyanı
təmsil edən “Maklaren” komandası cari mövsümdə istifadə edəcəkləri
yarış avtomobilini nümayiş etdirib.
Yeni bolid “MCL38” indeksini alıb.
Builki mövsümdə komandada britaniyalı Lando Norris və avstraliyalı
Oskar Piastri
çıxış edəcəklər. Eyni sürücülər bir il əvvəl də
“Maklaren”i təmsil ediblər.
Qeyd edək ki, son “Formula-1” mövsümünün yekununda Böyük
Britaniyanın yarış komandası Mühəndislər Kubokunda 302 xal
toplayaraq dördüncü yeri tutub.
Mənbə: oxu.az