Marneulili cüdoçu qızlar Abxaziya Cüdo Akademiyası tərəfindən
Tbilisidə təşkil olunan açıq çempionatda qızlar arasında birinci
yeri tutublar.
Marneuli İdman Məktəbinin məlumatına görə, çempionat 8 mart
tarixində, Beynəlxalq Qadınlar Günündə keçirilib.
“Marneuli İdman Məktəbinin cüdoçu qızları, Keti
Xarazişvili və Liza Davadze çempionatda uğurla çıxış ediblər və
qalib gəliblər”, – məlumatda qeyd olunub.
Keti Xarazişvili 57 kq, Liza
Davadze isə 63 kq çəki dərəcəsində
birinci yeri tutub.
Marneuli İdman Məktəbinin məlumatına görə, İdman Məktəbi üçün
prioritet istiqamətlərdən biri qızlar arasında idmanın inkişafı,
gələcək nəsillərə sağlam həyat tərzini aşılamaqdır.
Birinci yeri qazanan idmançıların məşqçiləri Zaza Davadze və Sandro
İakobaşvilidir.