XXVII Qış Olimpiya Oyunlarının keçiriləcəyi yer açıqlandı
2034-cü il XXVII Qış Olimpiya Oyunları ABŞ-nin Solt Leyk Siti şəhərində keçiriləcək.

Bu barədə Parisdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 142-ci sessiyasında keçirilən səsvermə nəticəsində məlum olub.

Bildirilir ki, səsvermə zamanı Solt Leyk Siti üçün sessiyanın 83 iştirakçısı səs verib, 6 səs əleyhinə olub.

"BOK 2034-cü il XXVII Qış Olimpiya Oyunlarının Yuta ştatının Solt Leyk
Siti şəhərinə verilməsini elan etməkdən şərəf duyur", - deyə komitədən bildirilib.

Solt Leyk Siti 2034-cü il Oyunlarına yeganə namizəd idi və BOK üzvləri tərəfindən təsdiqlənib.

Sessiya zamanı BOK-un vitse-prezidenti Con Kouts bildirib ki, əgər ABŞ Ümumdünya Antidopinq Agentliyinin (WADA) dopinqlə mübarizədə üstünlüyünü tanımasa, təşkilat 2034-cü il Oyunlarının Solt Leyk Sitidə keçirilməsi ilə bağlı müqaviləni ləğv etmək hüququna malikdir.

Solt Leyk Sitidə Olimpiada 2034-cü ilin fevralında keçiriləcək. 2002-ci ildə şəhər artıq Qış Olimpiadasına ev sahibliyi edib.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google