Cüdoçu Laşa Bekauri ikiqat Olimpiya çempionu olub.
O, finalda yaponiyalı idmançı Sanşiro Muraonu məğlub edərək
Gürcüstan millisinə ilk qızıl medalını qazandırıb.
Bekauri əsas vaxtın bitməsinə 4 saniyə qalmış yaponiyalı Sanşiro
Muraonu vazarla 2:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, indiyədək Gürcüstanın bir medalı var idi. Paris
Olimpiadasında Gürcüstan millisinə gümüş medalı üçqat dünya
çempionu Tato
Qriqalaşvili gətirib.
Məlumat üçün bildirək ki, 33-cü Yay Olimpiya Oyunlarında
Gürcüstandan 28 idmançı 10 idman növündə (batutla tullanma,
yunan-Roma güləşi, sərbəst güləş, boks, atletika, güllə atma,
qılıncoynatma, üzgüçülük, ağır atletika, cüdo) mübarizə
aparacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415