12-13 oktyabr tarixlərində Tbilisidə kikboksinq üzrə beynəlxalq
turnir keçirilib.
Turnirdə Gürcüstanın müxtəlif şəhər və rayonlarından, o cümlədən
Türkiyə və İrandan qatılmış idmançılar da iştirak ediblər.
“Qaracalar” idman klubunun baş məşqçisi İsfahan Əliyev sözlərinə
görə, Tbilisidə təşkil edilmiş turnir onun təşkilatçılığı ilə baş
tutub.
“Yarışda 200-dən çox idmançı iştirak edirdi. Turnirdə 5 peşəkar
döyüş də keçirildi. Həmin döyüşdə Gürcüstan və İran idmançıları
qarşılaşdı. 5 peşəkar döyüşün 4-də Gürcüstan idmançıları qalib
gəldilər. Birində isə İran idmançısı Gürcüstanlı idmançı üzərində
qələbə qazandı. Onu da qeyd edim ki, turnirdə mənim idman klubumun
12 yetirməsi də iştirak edirdi. Onlardan 6-sı qalib
oldu”, – İsfahan Əliyev dedi.
Marneuli rayonunun Böyük Muğanlı kəndində fəaliyyət göstərən “Cəlil
Səfərov” adına idman klubundan yarışa 5 idmançı qatılıb. İdman
klubunun baş məşqçisi Namiq Səfərovun sözlərinə görə, onun
idmançıları yarışda yaxşı nəticələr əldə ediblər.
“Mənim idman klubumdan 5 idmançı qatılmışdır. Onlardan
Rəvan Koxayev və Raul Səfərov birinci yerə çıxdılar. Əli Məcidov,
Nazim Səfərov və Elmir Allahverdiyev ikinci yeri
qazandılar”, – baş məşqçi Namiq Səfərov dedi.
Çempionatda Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət
göstərən “İnam kikboks klubu”nun idmançıları da iştirak ediblər.
Klubun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun
klubundan 4 idmançı iştirak edib.
“İdmançılar mənim rəhbərliyim altında qatılmışdılar. Mənim
idmançılarım k-1 üzrə döyüşdülər. İdmançılarım Nihad Hacıyev, Nuri
Kələyev, Ramal Əliyev və Onur Nəzərov yaxşı çıxış edərək qələbə
qazandılar”, – Şahin Bəxtiyarov dedi.
Qeyd edək ki, turnir “Qaracalar” idman klubu, Gürcüstan Milli
Tayboks və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı baş
tutub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415