Rəvan Koxayev Tbilisidə keçirilən turnirdə qələbə qazanıb (VİDEO)
17 yaşlı Kürtlər kənd sakini Rəvan Koxayev Tbilisidə keçirilən kikboksinq üzrə beynəlxalq turnirdə qələbə qazanıb. O, döyüşdə yaxşı nəticə göstərərək rəqiblərini məğlub edib.

Rəvan Koxayevin sözlərinə görə, o, bir çox ölkə və xarici ölkələrdə yarışlarda iştirak edib və qələbələr qazanıb.

“Mən 58 döyüş keçirmişəm. Həmin döyüşlərin 54-də qələbə qazanaraq birinci yerə çıxmışam. Amma 4 dəfə uduzmuşam. 4
dəfə Gürcüstan çempionu olmuşam. 3 dəfə də Türkiyədə qalib olmuşam”
, – Koxayev dedi.

Rəvan Koxayev Marneuli rayonunun Böyük Muğanlı kəndində fəaliyyət göstərən “Cəlil Səfərov” adına idman klubunun yetirməsidir. Onun baş məşqçisi Namiq Səfərovdur.

Qeyd edək ki, 12-13 oktyabr tarixlərində Tbilisidə kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Gürcüstanın müxtəlif şəhər və rayonlarından, o cümlədən Türkiyə və İrandan qatılmış idmançılar da iştirak ediblər. Yarış “Qaracalar” idman klubu, Gürcüstan Milli Tayboks və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı baş tutub.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google