Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan kuboku yarışlarında ikinci olub

Marneulili oxçu Salome Xarşiladze Gürcüstan kuboku yarışlarında gümüş medal qazanıb.

Marneuli İdman Məktəbinin məlumatına görə, Gürcüstan kuboku yarışlarının II mərhələsi gənclər arasında 6-9 oktyabr tarixlərində keçirilib.

„Cari ilin 6-9 oktyabr tarixlərində Tbilisidə, oxçuluq meydançasında, Gürcüstan Oxçuluq üzrə Milli Federasiyasının təşkilatçılığı, Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə gənclər arasında Gürcüstan Kuboku yarışlarının II mərhələsi keçirilib. Marneuli İdman Məktəbinin
oxçusu Salome Xarşiladze yarışda uğurla iştirak edib və ikinci yerə çıxıb“,
– Marneuli İdman Məktəbinin məlumatında qeyd edilib.

Marneuli İdman Məktəbinin məlumatına görə, turnirdə Gürcüstan Milli Oxçuluq Federasiyasının prezidenti Simon Nozadze, Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Tamar Qurqenidze, Oxçuluq Federasiyasının vitse-prezidenti, Marneuli İdman Məktəbinin direktoru Mamuka Naveriani və "Sportmşen servis" şirkətinin direktoru Qeronti Tsindeliani iştirak ediblər.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google