Marneulili boksçu Qiorqi Jorjoliani 22 yaşadək idmançılar arasında
Avropa çempionatında mübarizə aparır.
Marneuli İdman Məktəbindən verilən məlumata görə, Jorjoliani
çempionatın ilk yarışına qələbə ilə başlayıb.
“71 kq çəki dərəcəsində Gürcüstanı Qiorqi Jorjoliani
təmsil edir. O, çempionata qələbə ilə başlayaraq, belçikalı
rəqibini 4:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə
keçib”, – Marneuli İdman Məktəbinin məlumatında qeyd
olunub.
Qiorqi Jorjoliani növbəti görüşünü bu gün, 16 oktyabr tarixində
keçirəcək.
Bolqarıstanın paytaxtı Sofiyada 22 yaşadək idmançılar arasında
Avropa çempionatı 12 oktyabr tarixində başlayıb və 21 oktyabra
qədər davam edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415