Marneuli İdman Məktəbinin məlumatına əsasən, Marneulidən olan
cüdoçular Gürcüstan çempionatında iki qızıl medal qazanıblar.
"Tbilisidə, Cüdo Akademiyasında, 2010-2011-ci illərdə
anadan olmuş cüdoçular arasında Gürcüstanın reytinq çempionatı
keçirilib. Yarışda Marneuli İdman Məktəbinin yetirmələri
uğurla çıxış edərək iki qızıl medal
qazanıblar".
38 kq çəki dərəcəsində Beka Çkadua (şəxsi məşqçi: Qiqla Tsipiani)
və 66 kq çəki dərəcəsində Andro Papunaşvili
(şəxsi məşqçi: Sandro
Yakobaşvili) çempion olublar.
Çempionlar və mükafatçılar medal və diplomlarla
mükafatlandırılıblar.