Marneulili qadın oxçu Elene Kaldani oxatma üzrə Gürcüstan
çempionatında uğurla çıxış edərək vitse-çempionluq əldə edib.
23-26 yanvar tarixində Marneuli Bələdiyyəsində,
“Azərbaycan Evi
” İdman Mərkəzində oxatma üzrə
Gürcüstan çempionatı keçirilib.
“Gürcüstan Milli Oxçuluq Federasiyası və Marneuli
Bələdiyyəsi İdman Məktəbinin təşkilatçılığı, həmçinin İdman
Nazirliyi və Marneuli yerli özünüidarəetməsinin dəstəyi ilə
“Azərbaycan Evi” İdman Mərkəzində 18 metr məsafədə, üç yaş
kateqoriyasında oxatma üzrə Gürcüstan çempionatı keçirilib.
Marneuli Bələdiyyəsinin İdman Məktəbinin oxçusu Elene Kaldani
(Fərdi məşqçi: Eka Abaişvili) turnirdə uğurla çıxış edərək 15 yaşa
qədər kateqoriyada vitse-çempionluğun qalibi olub”, - Marneuli İdman
Məktəbinin məlumatında qeyd olunub.
Çempionat 15 yaşadək, 21 yaşadək və 21+ yaş kateqoriyalarında
keçirilib. Yarışda 80-ə yaxın idmançı iştirak edib.
Turnirin çempionlarına və mükafatçılarına diplom, pul mükafatları
təqdim olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415