27-28 fevral tarixlərində Marneulidə kikboksinq üzrə “Nabiyev Cup”
adlı turnir keçirildi.
Turnir Marneulidə fəaliyyət göstərə “Azərbaycan Evi”nin idman
arenasında baş tutdu.
27 fevralda strart götürən turnirə Gürcüstanın 13 regionundan
150-dən çox idmançı iştirak edib. “Nabiyev Cup”-un rəhbəri,
Yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyev bildirib ki,
yarışda 30 kq-dan 91 kq-a qədər çəki dərəcəsində, 13
yaşdan 20
yaşadək idmançılar güclərini sınayıb. Yarışı keçirməkdə əsas məqsəd
yeniyetmələrin idmana marağını artırmaq, onları daha geniş arenada
yarışlarına hazırlamaqdır. O, bildirib ki, turnir Gürcüstanda
kikboksinqin inkişafına və iki xalq arasında dostluq
münasibətlərinin möhkəmlənməsinə töhfə verməyi hədəfləyib.
Nəbiyev qeyd edib ki, belə tədbirlərin davamlı keçirilməsi
gənclərin sağlam həyat tərzi seçməsinə və iki xalq arasında daha
güclü münasibətlərin qurulmasına zəmin yaradır. O, təşkil olunan bu
turnirin yalnız idman yarışması olmadığını, eyni zamanda gənclər
arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət
etdiyini vurğulayıb.
“İdman rəqabətdən daha çox xalqları bir araya gətirən
güclü sosial platformadır. Gürcüstanda keçirilən bu cür turnirlər
Azərbaycan və gürcü xalqları arasındakı tarixi dostluğu
möhkəmləndirir, azərbaycanlıların Gürcüstan cəmiyyətinə
inteqarsiyasını sürətləndirir. Yarış zamanı idmançılar rinqdə
rəqib, kənarda isə dost və qardaş kimi münasibət
qururlar”.
İdmançılar arasında keçirilən qarşılaşmalar böyük maraqla
izlənilib. Sonda qalib idmançılara kubok, diplom və medal təqdim
edilib.
Turnirə Qafqaz Arenanın və Gürcüstan Azərbaycanlı İdmançıları
Birliyinin üzüvləri və məşqçiləri də iştirak edib.
Qeyd edək ki, turnir Marneuli fəaliyyət göstərə “Azərbaycan Evi”nin
təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət
Komitəsinin, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və “Azərbaycan
Evi”nin birgə dəstəyi ilə baş tutub. Turnirin final mərhələsində
Azərbaycanın Gürcüstandakı Səfriliyinin nümayəndələri Kamal
Xəlilov, Seymur İlyaslı, Cavid Məhərrəmov, SOCAR-ın nümayəndəsi
Tofiq Əliyev, “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov,
Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia və
idman ictimaiyyətinin üzüvləri iştirak ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415