Ermənistanın paytaxtı İrəvanda, Respublika stadionunda Gürcüstan və
Ermənistan milli komandaları üz-üzə gəldi.
Bu iki oyunluq duel UEFA Millətlər Liqasının B divizionunda kimin
qalacağını və kimin C divizionuna düşəcəyini müəyyən edəcək.
Villi Sanyolinin komandası 0:3 hesabı ilə qələbə qazandı. Oyunun
33-cü dəqiqəsində hesabı Qiorqi Koçoraşvili açdı. Cəmi dörd dəqiqə
sonra Qiorqi Mikautadze fərqi iki topa çatdırdı.
İkinci hissədə də gürcü futbolçular üstün oyun sərgilədi. 59-cu
dəqiqədə Qiorqi Çakvetadzenin ötürməsi ilə Qiorqi Mikautadze dubl
etdi. Bu, onun Gürcüstan millisində vurduğu 18-ci qol oldu.
Bu qolla Mikautadze Gürcüstan millisinin tarixində ən yaxşı
bombardirlər siyahısında ikinci pilləyə yüksəldi və yalnız Şota
Arveladzeyə (26 qol) uduzur.
Bu, Gürcüstan millisinin 10 sentyabrda Albaniyaya qarşı qazandığı
səfər qələbəsindən sonra ilk uğurudur.
Cavab oyunu 23 martda Tbilisidə, "Dinamo Arena"da keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415