Marneulili cüdoçu Liza Davadze Gürcüstan reytinq turnirinin çempionu oldu
Marneulili cüdoçu Liza Davadze Gürcüstanın reytinq turnirində çempion adını qazanıb. Marneuli İdman Məktəbinin verdiyi məlumata əsasən, Tbilisidə keçirilən ikinci Gürcüstan Cüdo Reytinq Turnirində Liza Davadze 63 kq çəki dərəcəsində uğurla çıxış edərək birinci yeri tutub.

“Qeyd etmək istərdik ki, Liza Davadze perspektivli və stabil nəticələr göstərən idmançılarımızdandır. Onun Gürcüstan çempionatında əldə etdiyi bu uğur Marneuli gənclərinin
idmana olan marağını və potensialını bir daha nümayiş etdirir,”
– deyə İdman Məktəbindən bildirilib.

Lizanın şəxsi məşqçisi Sandro İakobaşvilidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google