Cənubi Azərbaycanın fəxri, dünyada ən çox azarkeş kütləsinə
malik olan türk futbol klublarından biri "Traktor" bu gün tarix
yaza bilər.
Təbriz təmsilçisi tarixində ilk dəfə İranın ən yüksək divizionunda
çempionluğunu rəsmiləşdirməyə yaxındır.
"Traktor" qızıl medalları vaxtından qabaq təmin etmək üçün bu gün
Qəzvin şəhərində yerli "Şams Azar"ı məğlub etməlidir. Lakin təkcə
bu nəticə kifayət etmir.
Hər şey əsas rəqib "Sepahan"dan
asılıdır.
Səfər qələbəsi sayəsində "Traktor" xalını 64-ə çatdıracaq. 56 xalla
ikinci yeri tutan "Sepahan" paralel keçirilən "Qol Qohar"a qarşı
oyunda xal itirərsə, rəqibinə çata bilməyəcək.
Qeyd edək ki, 1970-cı ildə yaradılan "Traktor" heç vaxt İran
çempionu ola bilməyib.
İran Gulf Pro Liqası
XXVIII tur
20:00 "Şams Azar" - "Traktor"
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415