UEFA Çempionlar Liqasını Fransanın “Paris Saint-Germain” futbol
klubunun heyətində qazanan
futbolçu Xviça Kvaratsxelia Müqəddəs Qiorqi ordeni ilə təltif
olunacaq. Həmçinin bu orden “gecikmiş şəkildə” keçmiş futbolçu Kaxa
Kaladze (hazırda Tbilisi meri) və keçmiş basketbolçu Zaza Paçuliaya
da veriləcək.
“
Çempionlar Liqasını qazanmasına görə [Xviça Kvaratsxelia]
Müqəddəs Qiorqi adına Qələbə Ordeninə təqdim olunacaq”, –
bu barədə 3 iyun tarixində
“Gürcü Arzusu” hökumətinin rəhbəri
İrakli Kobaxidze hökumət iclasında bəyan edib.
Onun sözlərinə görə, “prezident [Mixeil Kavelaşvili] ona dövlətin
ən yüksək mükafatını – Müqəddəs Qiorqi adına Qələbə Ordenini təqdim
edəcək”.
İrakli Kobaxidze əlavə edib ki, Gürcüstanın iki digər tanınmış
idmançısı – Kaxa Kaladze və Zaza Paçulia da var ki, onlar “ən
yüksək klub turnirlərində ən yüksək mükafatlara layiq
görülüblər”.
“O dövrdə bu cür mükafatlar almamışdılar. Düşünürəm ki, gec
də olsa, onların bu uğurları qiymətləndirilməlidir”, –
deyə Kobaxidze bildirib.
Müqəddəs Qiorqi adına Qələbə Ordeni – Gürcüstana əldə edilmiş
qələbələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
Orden 2004-cü ildə təsis olunub. İlk ordeni 2005-ci il mayın 10-da
o dövrün prezidenti Mixeil Saakaşvili ABŞ-ın 43-cü prezidenti Corc
Buşa təqdim etmişdi.
• Kaxa Kaladze – “Milan”ın heyətində iki dəfə, 2003–04 və 2006–07
mövsümlərində UEFA Çempionlar Liqasını qazanıb. 2012-ci ilin
mayında futbol karyerasını başa vurub və sonra siyasətə qoşularaq
“Gürcü Arzusu” ilə birlikdə seçkilərdə iştirak edib. Hazırda
Tbilisi şəhərinin meri və “Gürcü Arzusu”nun baş katibidir.
• Zaza Paçulia – “Golden State Warriors” komandasında iki dəfə NBA
çempionu olub. Hazırda NBA çempionluğu qazanmış yeganə gürcü
basketbolçudur. O, 2019-cu ildə karyerasını başa vurdu və “Golden
State” klubuna məsləhətçi kimi geri döndü. 2019-cu ilin avqustundan
etibarən “Arki” inşaat şirkətinin həmtəsisçisidir və bu şirkət
“Gürcü Arzusu”nun keçmiş deputatı İlia Tsulaia tərəfindən təsis
olunub – Zaza onun biznes tərəfdaşıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415