Marneulili oxçu Salome Xarşiladze Gürcüstan çempionatında bürünc medal qazanıb
Marneulili oxçu Salome Xarşiladze Tbilisidə keçirilən oxatma üzrə Gürcüstan çempionatında uğurla çıxış edərək bürünc medal qazanıb. Bu barədə Marneuli İdman Məktəbi məlumat yayıb.

Bildirilib ki, yarış böyüklər arasında, oxatma tirində və 70 metr məsafədən atışla keçirilib.

“Marneulili idmançı Salome Xarşiladze (fərdi məşqçisi Qiorqi Qordeziani) uğurla çıxış edərək üçüncü yeri tutub. Yarış Gürcüstan Milli Oxçuluq Federasiyasının
təşkilatçılığı və Gürcüstan İdman Nazirliyinin dəstəyi ilə baş tutub”,
– deyə Marneuli İdman Məktəbinin açıqlamasında qeyd olunub.

Məlumata görə, Salome Xarşiladze Gürcüstan millisinin tərkibində iyunun 4-dən 8-dək Antalyada keçiriləcək Oxatma üzrə Dünya Kubokunun III mərhələsində iştirak edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google