Potuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı portuqaliyalı
futbolçusu Dieqo Jota yol qəzasında həlak olub.
Hadisə İspaniyanın Zamora əyalətində baş verib.
Jotanın olduğu avtomobilin alovlanması nəticəsində futbolçu ilə
bərabər 26 yaşlı qardaşı da
həlak olub.
Qeyd edək ki, Jota bu il iyunun 22-də ailə həyatı qurub. O,
Portuqaliya yığması ilə ötən ay UEFA Millətlər Liqasının qalibi
olub.