Marneulili Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan çempionatında
ikinci yeri tutub.
İyunun 28-29-da Gürcüstan Milli Oxçuluq Federasiyasının
təşkilatçılığı və Gürcüstan İdman Nazirliyinin dəstəyi ilə
Batumidə, Anqisi Oxçuluq Bazasında Gürcüstan çempionatının ikinci
mərhələsi keçirilib.
Marneuli İdman Məktəbinin oxçusu Salome Xarşiladze (fərdi məşqçi:
Qiorqi Qordeziani) turnirdə uğurla çıxış edərək ikincilik əldə
edib. Yarış fərdi xarakter daşıyıb və Dünya Oxçuluq
Federasiyasının
(WA) qaydalarına əsasən, “klassik yay” kateqoriyasında
keçirilib.
Salome Xarşiladze 2025-ci il iyulun 8-13-də İspaniyanın Madrid
şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcək.
Hazırda o, Batumidə keçirilən təlim-məşq toplanışında Gürcüstanın
oxçuluq üzrə milli komandasının heyətində turnirə hazırlaşır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415