Rusiyanın Saratov vilayətinin Engels şəhərində DJ-nın döyülməsi işi
ilə bağlı məhkəmənin qərarına əsasən məcburi əməyə
cəlb edilən azərbaycańlı qarışıq döyüş növləri ustası Cavid Rzayev
Rusiya vətəndaşlığından məhrum edilib. Rzaev "RBC"yə verdiyi
açıqlamada Rusiyadan deportasiya edilmədiyini bildirib.
Daha əvvəl "Readovka" teleqram kanalı azərbaycańlı döyüşçünün
vətəndaşlıqdan məhrum edilməsi haqqında qərarın üzü bağlı şəxs
tərəfindən oxunduğu bir video yayımlamışdı.
Videodan belə anlaşılır
ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saratov vilayəti üzrə
İdarəsi Rzayevin "cəmiyyətdə siyasi və sosial sabitliyə mənfi təsir
edən" və "milli təhlükəsizliyə təhdid yaradan" hərəkətlər
törətdiyini müəyyən edib. Bununla belə, Rzayevin konkret olaraq nə
etdiyi açıqlanmır.
2024-cü ilin iyununda Rzayevin Hardcore təşkilatının döyüş
turnirində rusiyalı Sergey Prixodko üzərində qələbəsindən sonra baş
verən insident geniş rezonans doğurmuşdu. Həmin vaxt azərbaycańlı
idmançı döyüşçü Artur Kulinskini milliyyətinə görə təhqir edərək
onu "rus donuzu" adlandırmışdı.
Daha sonra Rzayev öz Instagram səhifəsində üzr istədiyi bir video
yayımlamışdı. O, qeyd etmişdi ki, sözləri yalnız Kulinskiyə
ünvanlanıb, Rusiyanın bütün sakinlərinə deyil.