Marneuli İdman Məktəbinin açıqlamasında bildirilir ki,
Bolqarıstanın Albena şəhərində keçirilən dünya çempionatında
marneulili gənc qol güləşçiləri qızıl və gümüş medal qazanıblar.
“Demetre Mumladze sağ əli ilə 15 yaşadək mütləq çəki
dərəcəsində dünya çempionu olub.
Luka Maisuradze isə sol əli ilə 45 kq çəki dərəcəsində 15 yaşlılar
arasında dünya vitse-çempionu titulunu qazanıb”, –
Marneuli İdman Məktəbinin
məlumatında deyilir.
İdmançıların şəxsi məşqçisi Mamuka Boçoidzedir.
Açıqlamada həmçinin qeyd olunur ki, sentyabrın 15-də veteranlar
arasında keçirilən dünya çempionatında Marneuli Bələdiyyə İdman
Məktəbinin qol güləşi üzrə məşqçisi Şermadin Boçoidze 110 kq çəki
dərəcəsində mübarizə aparacaq.
Sentyabrın 20-də isə marneulili qol güləşçisi Tamaz Boçoidze 100 kq
çəki dərəcəsində dünya çempionatında qüvvəsini sınayacaq.