'Qarabağ'-'Çelsi' oyununda bərabərlik
Noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda "Qarabağ" və "Çelsi" qarşılaşması olub. Oyun 2:2 hesabı ilə başa çatıb.

Hesabı əvvəlcə londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini
qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb

Bununla da "Qarabağ" 7-ci xalını qazanıb.

Bundan öncə, oktyabrın 22-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində İspaniya təmsilçisi "Atletik Bilbao" ilə səfər qaşılaşmasında "Qarabağ" 3:1 hesabı ilə məğlub olmuşdu.

1 oktyabr
'Qarabağ' 'Kopenhagen'i də məğlub etdi

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" klubu bu gün, oktyabrın 1-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini qazanıb. Qurban Qurbanovun kollektivi Bakıda "Kopenhagen"i məğlub edib.

Azarkeşlər iki qola şahidlik ediblər. Görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" birinci turda səfərdə "Benfika"ya qalib gəlmişdi - 3:2.

Bununla da Ağdam təmsilçiləri 6 xala yiyələnib.

17 sentyabr
'Benfika'nın baş məşqçisi 'Qarabağ'a məğlubiyyətdən sonra istefaya göndərilib

"Benfika" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ"a uduzduqları ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib.

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

"Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

16 sentyabr
Çempionlar Liqası: 'Qarabağ' səfərdə 'Benfika'nı məğlub edib

Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nı məğlub edib.

Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonuna qədər geridönüş etməyi bacarıb - 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.

Azərbaycan çempionu tarixində ikinci dəfə idi ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanmışdı.8 il əvvəl həmin mərhələdə “Qarabğ” yalnız iki xal qazanmışdı. Bu dəfə isə Ağdam təmsilçiləri ilk görüşündəcə 3 xala yiyələnib Bu mərhələdə “Qarabağ”ı daha 7 oyun gözləyir. Azərbaycan çempionunun sonrakı rəqibləri "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"dir (Danimarka).

Final uğrunda ümumilikdə 36 klub mübarizə aparır. Səkkiz oyunun nəticələrinə görə 36 klub arasında 1-8 yerləri tutan komandalar növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 9-24 yerlər arası qərarlaşan klublar isə püşkdən asılı olaraq bir görüşlük oyunlar keçirəcəklər. Qalib səkkiz klub da ilk səkkiz yeri tutan komandalara qatılacaq.

25-36 yerləri tutan klublar isə mübarizəni dayandırmış olacaqlar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google