Tğibulidə 6 mədənçi həlak olub, yaralananlar var
Gürcüstanın Daxili İşlər nazirliyinin məlumatına görə, Tğibulidə Mindeli adına mədəndə səhərə yaxın tunel uçub və 6 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Müəssisənin məlumatına görə, baş verən hadisə haqqında 112-yə bu gün, 5 aprel tarixində səhər məlumat verilib.

İstintaqın birinci məlumatına görə, mədənin tunellərindən birində divar əyilib və tavanın uçmasına səbəb olub. Dağılma zamanı həmin mədəndə olan dağ ustası – 1963-cü il təvəllüdlü Q.N., Dağ fəhlələri: 1981-ci il təvəllüdlü İ.K və 1963-cü il təvəllüdlü M.A. zərər çəkiblər. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə baş verən zaman, ağır bədən xəsarətləri almaq nəticəsində həmin mədənin yeraltı dağ ustaları: 1972-ci il təvəllüdlü M.Q., usta – 1968-ci il təvəllüdlü B.Q., dağ fəhlələri – 1992-ci il təvəllüdlü P.Q., 1959-cu il təvəllüdlü Q.R., 1990-cı il təvəllüdlü Q.B. və 1996-cı il təvəllüdlü E.B. həlak olub.

DİN-in məlumatına görə, hal-hazırda hadisə yerində olan fəhlələrin təhlükəsiz yerə keçirilməsi prosesi gedir. Baş verən faktla bağlı istintaq Gürcüstanın CM-nin 240-cı maddəsinin ikinci hissəsi ilə başlayıb. Maddə tikinti və ya başqa işlər zamanı yaranmış təhlükəsizlik qaydalarının pozulmasına aiddir. Cinayət 5 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mindeli mədənində keçən il 5 nəfər mədən işcisi həlak olub. Bundan 4 nəfər mədənçi liftin uçması nəticəsində dünyasını dəyişib.

5 aprel tarixində 6 fəhlənin həlak olduğu Tğibulinin Mindeli adına mədəni, “Gürcüstan İndustriya qrupu” şirkətinin, “Saqnaxşiri”nin altında yerləşir. “Gürcüstanın industriya qrupunun” direktorlar şurasının sədri Davit Bejuaşvilidir (keçmiş parlamentari), qeyri-icraçı direktor Qela Bejuaşvili (keçmiş Xarici İşlər Naziri), Maliyyə direktoru Zurab Qelenidze, kommersial direktor Zurab Qozalişvili, Baş direktorun strateji məsələlər üzər müşaviri Levan Vepxvadze (keçmiş Xristian-Demokrat) və Baş direktor Cambul Cağeli.

Mənbə: netgazeti.ge
Print