Bolqarıstan “Türk Axını”nı dayandırdı
Bolqarıstan Dövlət Qaz Paylama İdarəsi – “Bulgartransgaz” verdiyi mətbuat açıqlamasında bildirib.
Bolqarıstan öz ərazilərindən keçəcək “Türk Axını” layihəsinin tender fəaliyyətini müvəqqəti olaraq dayandırdı.

Bolqarıstan Dövlət Qaz Paylama İdarəsi – “Bulgartransgaz” verdiyi mətbuat açıqlamasında bildirib:

“Bolqarıstan Rəqabəti Qorumaq Komissiyasına təxminən 1,5 milyard avro dəyərində layihənin Bolqarıstan hissəsinin dizayn, layihələndirmə, material tamamlama və tikinti işlərini əhatə edən tenderilə bağlı etiraz ərizəsi daxil olub.

"Atomenergoremont" sözü gedən ərizədə şirkətin Türkiyə-Bolqarıstan və Bolqarıstan-Serbiya arasında ara bağlantının tikintisi ilə bağlı əlavə izahat tələb edir.

Bolqarıstanda kömürlə işləyən bir sıra istilik elektrik stansiyalarının sahibi, iş adamı Hristo Kovaçkiyə məxsus və “Türk axını” layihəsi ilə əlaqəsi olmayan "Atomenergoremont" şirkətinin bu hərəkəti boru kəməri inşaat işlərinin ləngiməsinə səbəb olub. Halbuki bu işlərin 2020-ci ilin ilk günündə tamamlanması nəzərdə tutulmuşdu.

Print Email
FaceBook Twitter Google