Gürcüstana kələm İrandan idxal edilir - məhsul idxalı ikiqat artıb
Gürcüstana kələm idxalı ikiqat artıb. Yerində
istehsal isə azalıb. Bu isə həmin məhsulun bahalaşması səbəbi olub.
Fevralda kələm 116% bahalaşıb və o, bu il qiyməti bahalaşan
məhsulların beşliyinə düşüb.
“Biznespressnews”a statsitika xidmətindən verilən məlumata görə
2018-ci ilin yanvar-fevral ayında cəmi 1352,9 ton kələm (başlı
kələm, brokoli və qida üçün yararlı analoji tərəvəz) daxil
olub.
2018-ci ilin analpji dövründə isə 614,1 ton məhsulun idxalı həyata
keçirilib.
2018-ci ildə ümumi idxal göstəricisi ilə keçən il ölkədə 1978,6 ton
kələm idxal edilib.
Mənbə: BPN