Rəqabət Agentliyi dördüncü aydır ki, çörəyin qiymətinin bahalaşma səbəblərini müəyyən edə bilmir
Rəqabət agentliyi dördüncü aydır ki, Gürcüstanda çörəyin qiymətinin bahalaşması səbəbini müəyyən edə bilmir. Məsələni araşdırmağı agentliyə baş nazir Mamuka Baxtadze 2018-ci ilin 10 dekabrında tapşırıb.

“Gürcüstanın Rəqabət Agentliyi buğda və çörək məhsullarının bazarında monitorinq həyata keçirir. İndiki mərhələdə məlumatın işlənməsi prosesi aparılır. Qəbul olunan nəticələr ictimai və hamıya əlçatan olacaq” – On.ge-yə agentlikdən deyiblər.

On.ge martda da çörəyin qiymətinin bahalaşması səbəblərinin müyyən edilməsi ilə maraqlandı. Agentliyin cavabı dəyişməyib.

10 dekabrdan mağazalarda çörəyin qiyməti, təqribən 5-10 tetri bahalaşıb. Hökumət iclası başlamazdan əvvəl baş nazir qeyd edib ki, bu ədalətsiz rəqabətlə əlaqələi ola bilər.

“Müvafiq orqanlara müraciət etmək istəyirəm ki, qısa müddətdə bu vəziyyəti araşdırsınlar və hesabat hazırlasınlar ki, məsələni bilək. Gürcüstan bazar iqtisadiyyatıdır, biz açıq itisadiyyatıq amma ədalətsiz rəqabət aparmaq imkanını heç kimə verməəcəyik” – o zaman Mamuka Baxtadze bildirib.

Mənbə: On
Print Email
FaceBook Twitter Google