I rübdə Batumidən neft daşınması 29% azalıb – Reuters
Neft və Neft məhsullarının daşınması 2019-cu ilin birinci rübündə keçən ilin həmin dövrü ilə müyqaisədə 29% azalıb – bu haqda “Reuters” “Qazmunayqaz”da olan şəxsi mənbələrinə istinadən məlumat verir.

2019-cu ilin birinci rübündə, yəni üç ayda – yanvar, fevral və mart aylarında daşınmalar 212 949 tona qədər azalıb. Keçən ilin həmin dövrünün göstəricilərinə əsasən 300 527 ton idi və müqayisədə bu say 87 578 ton azdır – yəni 29%.

Birinci rübdə xam neft və neft məhsulları Batumidən ümumiyyətlə daşınmayıb – Reuters “Ğazmunayqaz”da olan yüksək vəzifəli mənbəyə istinadən yazır. “Qazmunayqaz” Qazaxıstanın Milli Neft və Təbii Qaz Şirkətidir və Batumi limanında fəaliyyət göstərir.

Məlumata əsasən Batumidən xam neft və neft məhsullarının daşınması son illərdə azalıb. Ona görə ki, azərbaycan Batumidən keçmək əvəzinə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və ya Kulevi terminalından keçərək neftin daşınmasına üstünlük verir.

Əgər 2017-ci ildə neft və neft məhsullarının Batumidən daşınması 2,1 milyon ton təşkil edibsə, 2018-ci ildə bu göstərici 1,03 milyon ton idi.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google