Gürcüstanda 6 ən gəlirli bank
Milli Bank kommersiya banklarının 2019-cu ilin
1-ci rübünün maddi göstəricisinin yayımlayıb.
Hesabat dövründə altı ən gəlirli bankın təmiz gəliri ümumilikdə
192,541,326 lari təşkil edib. Ümumilikdə bank sektorunun gəliri isə
205,351,610 lari idi. Qeyd edilməlidir ki, 3 bank hesabat dövründə
zərərlə çalışıb. Bu banklar bunlardır: “Silkroud bank”, “Xaliq
Bank”, “Paşa Bank”.
Hesabata əsasən ən çox gəliri “TBC Bank” əldə edib. Onun təmiz
gəliri hesabat dövründə 98,571,884 lari olub. Rezerv olunana qədər
təmiz gəlir 146,038,875 lari olub. Onun ödədiyi gəlir vergisi isə -
9,369,558 lari təşkil edib.
Ondan sonra “Saqartvelos Bank” (Gürcüstan Bankı”) gəlir. Bank 1-ci
rübdə 73,350,879 lari gəlir əldə edib. Rezerv olana qədər onun
gəliri 140,339,212 larini təşkil edib. Gəlir vergisi olaraq
hesabatdan məlum olduğu kimi bank 8,500,000 lari ödəyib.
6,220,052 larilik təmiz gəlirlə siyahıda üçüncü yerdə – “Tera
bank”dır; 4-cü və 5-ci yerdə isə “Kredo bank” və “Procredit bank”
gəlir. Müvafiq olaraq onların təmiz gəlri 1-ci rübdə 5,710,454 və
4,550,184 larini təşkil edib.
“Procredit bank”dan bir az geridə qalan “Kartu bank”dır. Onun təmiz
gəliri hesabat dövründə 4,137,873 larini təşkil edib. Başqa
kommersiya banklarının təmiz gəliri isə bu altı bankla müqayisədə
azdır.
2019-cu ilin 1-ci rübdə bazarda cəmi 15 kommersiya bankı
fəaliyyətdə olub.