“Magti” “Beeline”nı alır yoxsa yox – şirkətin bəyanatı
“Magticom” şirkəti “Vioni Saqartvelo” MMC (Beeline-nin) alınması ilə bağlı bəyanat yayımlayıb.
Şirkətin bəyanatında qeyd olunub ki, bununla bağlı məlumatı Məlumat Agentlikləri yayımlayıb. Ancaq Magticom-un bəyanatına görə, şirkət Beeline-nı almağı planlaşdırmır.

“Magticom” bildirir ki, Məlumat Agentlikləri tərəfindən yayımlanan məlumat həqiqətə uyğun deyil. Magticom heç bir mərhələdə bu məsələ ilə bağlı marağının olduğunu qeyd etməyib.

Qeyd olunan yanlış məlumatın yayımlanması Beeline-nin satış qiymətinin qaldırılması məqsədi daşıya bilər” – şirkətin bəyanatında deyilir.

Xatırladaq ki, Beeline-nin satılması ilə bağlı məlumat cari ilin yanvarında Kommunikasiyalar üzrə Komissiyanın rəhbəri tərəfindən səsləndirilb. Onun sözlərinə görə, “şirkət bazardan çıxamağa qərar verib və biznesi satır”. Ancaq həmin dövrdə “Vioni Saqartvelo” MMC-nin bəyanatına görə “həmin konkret mərhələdə satış təklif yox idi”.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google