“Magti” “Beeline”nı alır yoxsa yox – şirkətin bəyanatı
23:01 / 04.05.2019
“Magticom” şirkəti “Vioni Saqartvelo” MMC
(Beeline-nin) alınması ilə bağlı bəyanat yayımlayıb.
Şirkətin bəyanatında qeyd olunub ki, bununla bağlı məlumatı Məlumat
Agentlikləri yayımlayıb. Ancaq Magticom-un bəyanatına görə, şirkət
Beeline-nı almağı planlaşdırmır.
“Magticom” bildirir ki, Məlumat Agentlikləri tərəfindən yayımlanan
məlumat həqiqətə uyğun deyil. Magticom heç bir mərhələdə bu məsələ
ilə bağlı marağının olduğunu qeyd etməyib.
Qeyd olunan yanlış məlumatın yayımlanması Beeline-nin satış
qiymətinin qaldırılması məqsədi daşıya bilər” – şirkətin
bəyanatında deyilir.
Xatırladaq ki, Beeline-nin satılması ilə bağlı məlumat cari ilin
yanvarında Kommunikasiyalar üzrə Komissiyanın rəhbəri tərəfindən
səsləndirilb. Onun sözlərinə görə, “şirkət bazardan çıxamağa qərar
verib və biznesi satır”. Ancaq həmin dövrdə “Vioni Saqartvelo”
MMC-nin bəyanatına görə “həmin konkret mərhələdə satış təklif yox
idi”.