Gürcüstan prezidenti Salome Zurabişvili Marneuliyə səfəri zamanı
bildirib ki, dövlət dilinin tədrisi probleminin yeganə həlli yolu
bağçalarda gürcü dilinin tədrisidir. Ancaq gün qrafikinə
məktəbəqədər təhsil müəssisələrində dövlət dilinin mənimsənilməsi
məsələsi qoyulana qədər uşaq bağçalarının olmaması problemi həll
olunmalıdır.
Bu gün 84 kənd və Marneulinin 130 000 əhalisi üçün yalnız 14
fəaliyyətdə olan bağça var. Qanun isə dövlətə hər bir uşağı
məktəbəqədər təhsil sisteminə qoşmaqla təmin etmə öhdəliyi qoyur.
Loading...