Peşəyə çevrilən uşaqlıq arzusu

Tiko Marneuli Radiosu haqqında təsadüfən dostundan eşidib. Həmin gündən artıq 3 il keçir və o, bu gün "Marneuli" radiosunun aparıcı jurnalistlərindəndir. Tiko jurnalist müsabiqələrində iştirak edir, Marneulidə baş verən gündəlik hadisələri və əhalinin problemlərini ışıqlandırır.



“Başlanğıçda radioda çalışmağın belə çətin olacağını təsəvvür belə etməzdim. Reallığı görəndə bizim regionda jurnalist kimi çalışmağın əsas çətinliklərini anladım”, - Tiko Davadze deyir.

Tiko Davadzenin 23 yaşı var o Marneulinin Saimerlo kəndində yaşayır. Baxmayaraq ki, Tiko bakalavr pilləsini keçən il İngilis dili filologiyası üzrə başa vurub, o, artıq tələbəlik zamanından öz sevimli peşəsinə yiyələnib. Özünün də söylədiyinə görə, çalışdığı "Marneuli" radiosu onun üçün heç bir maneənin mövcüd olmadığı tamamən azad bir mühitdir.


Tikonun sözlərinə görə, o, radioda çalışmağa ikinci kursda oxuyan zaman başlayıb. Universitetdə oxumaqla yanaşı, ikinci peşəsinə - bu səfər sevimli peşəsinə köklü şəkildə yiyələnmək onun üçün yetərincə çətin olub.

“İşləməyə başladığım, daha doğrusu öyrənməyə başladığım ilk iki ayı çox yaxşı xatırlayıram. Yetərincə ağır dövr idi. Radioda probleməri ışıqlandırmağı və əhalinin ehtiyacları istiqamətində çalışmağı öyrəndiyim dövr asan şəkildə aşılacaq zaman deyildi. Bu eyni zamanda bir başa hakimiyyətin fəaliyyəti ilə də əlaqədar olduğu üçün ikili çətinlik təşkil edirdi, çünki mən bunları ışıqlandırırdım. Tez-tez kənd əhalisi valideynlərimə ısmarıc yollayırdı, sənin qızın hakimiyyəti tənqid edir, belə olmaz, bu düzgün deyil deyirdilər. Bu zamanlar mən də çətinliyə düşürdüm, ancaq bu çətinlik və qarışıqlıq əsl jurnalistikanın mənasını anladıqdan sonra tamamən bitdi”, – Tiko deyir.

Tiko deyir ki, o, şagirdlik dövründə də fəal olmasına baxmayaraq, kənddə icma üçün çalışmaq və ya dəyişikliklər etmək üçün layihələr mövcud deyilmiş. Universitetə qəbul olduqdan sonra isə, Tiko vaxtının əsas hissəsini Tbilisidə və ya Tbilisi-Saimerlo yolunda keçirirmiş. Fəal şəkildə çalışmaq şansını isə o, ancaq radioda çalışmağa başladıqdan sonra qazanıb.

“”Məhz radioda tənqidi düşünmə qabiliyyətimi inkişaf etdirdim və sağlam rəqabəti öyrəndim. Radio olmasa, yəgin ki, öz regionumda baş verənlərdən bu günə kimi tam olaraq məlumatım olmayacaqdı”.

“Bizim regionda çalışmaq asan deyil. Bir sıra problemlər arasında, ən vacibi dil problemidir. Əhali bir çox mövzu haqqında bu günə, kimi maarifləndirilməyib, mediaya qarşı etibarın olmaması da başqa bir problemi nəzərədə tutur, çünki əhali sonra olacaqlardan çəkinir-bu da vacib problemdir. Məhz bu sıraladıqlarıma görə, problemləri açıq şəkildə müzakirə etmək üçün çox səy göstərmək məcburiyyətindəyəm”, – Tiko deyir.

Gənc jurnalistin sözlərinə görə, Marneuli xüsusi bir yanaşma və ehtiyatlılıq tələb edən bir yerdir, çünki şəhər öz rəngarəngliyi nəticəsində yaranan problemləri ilə seçilir və burada iki dildə çalışmaq da ciddi əzm tələb edir.

“Əsasən, monotonluq sevən birisi deyiləm, jurnalistika isə mənə hər zaman fəal olmaq imkanı yaradır”, - Tiko deyir.

Tiko gələcəkdə də jurnalistika sahəsində çalışmalarını davam etdirəcəyini deyir. O, magistraturada da bu sahədə təhsili davam etdirəcək və sevimli peşəsi istiqamətində dahada fəal şəkildə çalışacaq.

Müəllf: Şəlalə Əmircanova Pəncərə

 

Print Email
FaceBook Twitter Google