Bu gündən yenilənmiş 10 larilik əsginaslar dövrəyə buraxılıb

Bu gündən yenilənmiş 10 larilik əsginaslar dövrəyə buraxılıb.

Milli Bankın məlumatına görə, yeni 10 larilik əsginaslarla yanaşı köhnə əsginaslar da dövriyyədə olacaq.

Qeyd edilməlidir ki, larinin yenilənmə prosesi başa çatıb. Yenilənmiş “lari ailəsi”nin sonuncu üzvü – 10 larilik əsginaslardır.

Yenilənmiş əsginasların dövriyyəyə buraxılması mərhələli şəkildə başlayıb: 2016-cı ilin1 fevralında 20 və 50 larilik, daha sonra 2016-cı ilin 1 noyabrından 100 larilik, 2017-ci ilin 1 sentyabrından isə 5 larilik əsginaslar istifadəyə verildi.

Yenilənmiş əsginaslar haqda təfərrüatlı məlumat almaq üçün xüsusi veb-səhifəyə - www.ganakhlebulilari.ge daxil ola bilərsiniz.

Mənbə: İnterPressNews

Print Email
FaceBook Twitter Google